Husilər Ərəbistanı sıxışdırıb: 2 gündə 2 hava limanı vuruldu
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı iki gün ərzində ikinci dəfə hücuma məruz qalıb. Hücum nəticəsində sərnişin terminalında yanğın baş verdiyi və insanların yaralandığı bildirilir.
Crossmedia.az xəbər verir ki, bazar günü hava limanının sərnişin zalına naməlum mərmi düşüb. Eyni zamanda, hava hücumundan müdafiə sistemləri yaxınlıqda bir qanadlı raketi ələ keçirib.
Hadisə şənbə günü eyni hava limanına edilən hücumdan sonra baş verib. Əvvəlki hücum nəticəsində ən azı 12–13 nəfərin, o cümlədən Səudiyyə Ərəbistanı vətəndaşlarının və əcnəbilərin həlak olduğu, 300-dən çox insanın yaralandığı qeyd olunur.
Yəməndə fəaliyyət göstərən husilər hücumlara görə məsuliyyəti öz üzərinə götürüb. Qruplaşma, həmçinin Səudiyyə Ərəbistanının hava limanlarından istifadə edilməməsi barədə xəbərdarlıq edib.
08:50 12.10.2026
Oxunuş sayı: 63