Rusiya XİN: Moskva təklifləri dinləməyə hazırdır
Rusiya Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı mövcud reallıqlara uyğun istənilən ağlabatan təklif və ideyanı dinləməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “NEWS.ru”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya ABŞ-la dialoqa açıq olaraq qalır. Bununla belə, Moskva özünün prinsipial mövqelərindən geri çəkilmək niyyətində deyil.
Ryabkov qeyd edib ki, təkliflər Rusiya Prezidenti Vladimir Putinin müəyyən etdiyi məqsədlərə uyğun olmalı və Ukraynada “yerdə formalaşmış reallıqları” nəzərə almalıdır.
Diplomatın sözlərinə görə, ABŞ administrasiyası konstruktiv dialoqa hazır olduğunu nümayiş etdirir. O, Vaşinqtonun Kiyev və onun Avropadakı tərəfdaşlarının qərarlarına təsir imkanlarının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
10:17 21.08.2026
Oxunuş sayı: 53