Azərbaycanlıların olduğu gəmi dronla vuruldu
"Primavera Marine" şirkətinə məxsus, Komor adaları bayrağı altında üzən "Volgo Balt 226" quru yük gəmisi Qara dənizdə dron hücumuna məruz qalıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyi məlumat yayıb.
Bildirilib ki, ekipaj üzvləri arasında azərbaycanlı dənizçilərin də olduğu gəmi hazırda Trabzon limanı istiqamətində hərəkət edir. Hadisə nəticəsində heç bir itki olmayıb.
19:23 20.08.2026
Oxunuş sayı: 50