Çin Yaponiyaya nüvə silahı ilə bağlı xəbərdarlıq etdi
Pekin Tokionu nüvə silahı məsələsində “odla oynamamağa” çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Çinin Rusiyadakı səfiri Çjan Hanhuvey bildirib.
Diplomatın sözlərinə görə, Yaponiya öz nüvə silahını yaratmağa qərar verərsə, Şimal-Şərqi Asiyada strateji tarazlıq tamamilə pozula və regionda nüvə silahları yarışına başlanıla bilər.
Çjan Hanhuvey qeyd edib ki, Yaponiyanın sağçı qüvvələri nüvə siyasəti məsələsində “odla oynamağa” davam edərsə, bunun nəticələri ölkə üçün ciddi ola bilər.
Səfir bildirib ki, Tokionun belə bir addımı Şimal-Şərqi Asiyada təhlükəsizlik vəziyyətini daha da gərginləşdirə bilər.
10:05 20.08.2026
Oxunuş sayı: 70