Moskvada yanacağa satış məhdudiyyəti qoyuldu
Moskvadakı bir sıra yanacaqdoldurma məntəqələrində artan tələbat fonunda yanacağın satışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
“Qazprom Neft” yanacaqdoldurma məntəqələrində bir dəfəyə 40 litrdən çox benzin və dizel yanacağı satılmır.
“Tatneft” yanacaqdoldurma məntəqələrində isə limit benzin üçün 50 litr, dizel yanacağı üçün 60 litr müəyyən edilib.
Məlumata görə, bəzi yanacaqdoldurma məntəqələrində növbələr yaranıb. Aİ-95 markalı benzin isə yalnız bəzi məntəqələrdə mövcuddur.
15:34 19.08.2026
Oxunuş sayı: 52