İran Körfəz ölkələrinə xəbərdarlıq etdi
İran hərbçiləri Fars körfəzi ölkələrini Tehranla münaqişədə ABŞ-ə dəstək verməməyə çağırıb və Vaşinqtonun hərbi qüvvələrinə göstərilən istənilən yardımın ABŞ Silahlı Qüvvələri ilə əməkdaşlıq kimi qiymətləndiriləcəyini bildiriblər.
Crossmedia.az xəbər verir ki, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi, general Əli Abdollahinin açıqlamasında bu barədə bildirilib.
“Xəbərdarlıq edirik: təcavüzkara – ABŞ hərbçilərinə göstərilən istənilən yardım və ya dəstək ABŞ Silahlı Qüvvələri ilə əməkdaşlıq kimi qiymətləndiriləcək”, - deyə Abdollahi bildirib.
General qeyd edib ki, ABŞ-nin regionda həyata keçirdiyi heç bir fəaliyyət İranın diqqətindən yayınmır.
Bu xəbərdarlıq Birləşmiş Ərəb Əmirliklərinin İranı ölkə ərazisinə iki raket buraxmaqda ittiham etməsindən sonra səslənib.
Daha sonra BƏƏ-nin İranla bütün ticarət əlaqələrini dayandırdığı bildirilib.
14:39 19.08.2026
Oxunuş sayı: 45