Rusiyada avtomobil yağlarının tədarükündə problem yaranıb
Rusiyanın avtomobil sürtkü materialları bazarında, xüsusilə mühərrik yağlarının bəzi kateqoriyalarında qıtlıq müşahidə olunur və məhsulların çatdırılma müddəti uzanıb.
Crossmedia.az xəbər verir ki, “Kommersant” bu barədə məlumat yayıb.
Məlumata görə, son iki ay ərzində bəzi yağ növlərinin qiyməti 1,5-2 dəfə artıb. Eyni zamanda, tədarük müddəti 2 gündən 2 həftəyədək uzanıb.
Ən ciddi problemlər premium və orijinal yağların, o cümlədən “Shell”, “Castrol”, “BMW” və “VAG” qrupuna aid məhsulların tədarükündə müşahidə olunur.
Bununla yanaşı, Rusiyada istehsal olunan avtomobil yağları seqmentində hazırda fiziki qıtlıq qeydə alınmır.
13:55 19.08.2026
Oxunuş sayı: 51