İraq və İran rəhbərliyi arasında görüş keçirilib
İraq Prezidenti Nizar Amidi İran parlamentinin sədri Məhəmməd-Bağır Qalibafla görüşüb.
Crossmedia.az xəbər verir ki, Qalibafın İraqa səfəri çərçivəsində keçirilən görüşdə iki ölkə arasında münasibətlərin inkişafı, sərhəd təhlükəsizliyi və terrorla mübarizə məsələləri müzakirə olunub.
Tərəflər həmçinin iqtisadi əməkdaşlığın genişləndirilməsi və daha əvvəl əldə olunmuş birgə razılaşmaların icrası barədə fikir mübadiləsi aparıblar.
13:49 19.08.2026
Oxunuş sayı: 43