CROSSMEDIA - Analitik İnformasiya Portalı

Bütün xəbərlər

15:09 25.09.2026

27 Sentyabr: Zəfərə aparan şərəf yolu

8

Hər bir xalqın həyatında elə mühüm tarixi anlar olur ki, bu anlar həmin xalqın yalnız bugününə təsir etmir, onun bütün gələcəyini şəkilləndirir, tarixinə yön verir. Xalqın gücü, mübarizə ruhu həmin anlarda özünü bütün əzəməti ilə büruzə verir. Azərbaycan xalqı üçün bu cür mühüm tarixi anlardan biri 27 Sentyabr - Anım Günüdür. 27 Sentyabr Azərbaycan xalqının yaddaşına həm hüzn, həm də qürur günü kimi yazılıb. Anım Günü həm də gələcək nəsillərə milli dəyərləri, vətənpərvərlik ruhunu və tarixi şüuru ötürmək üçün xüsusi bir gündür. Bu gün Azərbaycan xalqı öz qəhrəman şəhidlərini, onların fədakarlığını, canlarını torpaq uğrunda fəda etməsini yad edir, eyni zamanda dövlətçilik tarixində qazanılmış uğurların, qürurverici zəfərlərin əhəmiyyətini bir daha dərk edir. Azərbaycan xalqı uzun illər torpaq həsrəti ilə yaşamış, Qarabağın işğalı millətimizin hər bir fərdinin qəlbində dərin ağrı, həsrət və nisgil kimi kök salmışdır. Bu ağrı yalnız fiziki və coğrafi itki ilə ölçülmürdü, o, həm də hər bir ailənin, hər bir insanın ruhunda özünü göstərirdi. Lakin xalqın ruhunda bu ağrı ilə yanaşı ümid də var idi, inam da var idi. Bu inamın formalaşmasında Ulu Öndər Heydər Əliyevin böyük siyasi dühası, müdrik dövlətçilik irsi və xalqı gələcəyə doğru yönəldən uzaqgörən siyasəti həlledici rol oynadı. Ümummilli Lider Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi, müstəqil dövlətin möhkəm təməlini qoydu, ordu quruculuğunun əsaslarını yaratdı, xalqda dövlətinə və ordusuna inamı formalaşdırdı. Bu inam və etibar sonradan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında reallığa çevrildi və Azərbaycan Ordusu düşmən üzərində parlaq qələbə qazandı.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR