Rusiya Volodimir Zelenskini aradan qaldırmağa çalışır
Avropa kəşfiyyat agentlikləri 2026-cı ildə Ukraynada sülh üçün heç bir şans görmürlər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.
Avropa İttifaqına üzv olan bir neçə ölkənin kəşfiyyat rəhbərlərinin sözlərinə görə, Rusiya müharibənin tez bir zamanda bitməsində maraqlı deyil və Moskva ABŞ ilə danışıqlardan sanksiyaları yumşaltmaq və əlverişli iqtisadi sövdələşmələr əldə etmək üçün bir vasitə kimi istifadə edir. "Reuters" mənbələrindən biri danışıqlar prosesinin özünü "teatr" adlandırıb.
Kəşfiyyat rəsmiləri qeyd edirlər ki, Kremlin strateji məqsədləri dəyişməyib: Ukraynanı zəiflətmək, Prezidenti Volodimir Zelenskini aradan qaldırmaq və ölkəni neytral bufer zonasına çevirmək. Hətta Donbasın mümkün təslim olması belə, deyirlər ki, sülhə gətirib çıxarmayacaq; bundan sonra Rusiya yeni tələblər irəli sürəcək.
16:11 19.02.2026
Oxunuş sayı: 867