CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Sənaye

09:44 26.09.2026

Azərbaycanın sənaye potensialının gücləndirilməsi:dağ-mədən və metallurgiya sənayesində yeni mərhələ

101

Azərbaycan Respublikası əlverişli coğrafi mövqeyə, zəngin təbii ehtiyatlara və müxtəlif təbii-landşaft komplekslərinə malik olan ölkədir. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan öz unikal geoloji quruluşu, müxtəlif iqlim şəraiti və relyef formaları ilə seçilir. Böyük Qafqaz və Kiçik Qafqaz dağ sistemləri, Talış dağları, dağətəyi və geniş düzənliklər, eləcə də torpaqların müxtəlif geoloji quruluşu Azərbaycanın zəngin mineral ehtiyatlarının formalaşmasına əlverişli şərait yaradan amillərdəndir. Ölkə neft və qaz ehtiyatları ilə yanaşı, qızıl, mis, qurğuşun, sink, dəmir filizi, alunit və digər mineral resurslarla zəngindir. Bu təbii sərvətlər Azərbaycanın iqtisadi potensialının mühüm tərkib hissəsini təşkil edir. Azərbaycanın zəngin mineral-xammal bazası ölkənin iqtisadi inkişafında strateji əhəmiyyət daşıyan əsas resurslardan biridir. Son illərdə qeyri-neft sektorunun inkişafına göstərilən diqqət metallurgiya sənayesinin inkişafına təkan vermişdir. Mineral xammal ehtiyatlarından səmərəli istifadə olunması, müasir texnologiyaların tətbiqi ölkənin sənaye siyasətinin əsas istiqamətlərindən biridir. Bu baxımdan dağ-mədən sənayesinin inkişafı ölkənin sənaye potensialının yüksəlməsini özündə ehtiva edir. İstehsalatda müasir imkanlarının yaradılması və regionların iqtisadi inkişafı isə bu layihənin ayrılmaz bir hissəsidir.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR