Ərdoğan: Türkiyənin müdafiə və aviasiya ixracı 61 faiz artıb
Türkiyənin müdafiə və aviasiya sənayesi üzrə ixracı oktyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 61 faiz artaraq 1 milyard 140 milyon dollara çatıb.
Crossmedia.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında danışıb.
Prezidentin sözlərinə görə, son 12 ayda bu sahə üzrə ixrac 37 faiz artaraq 11 milyard 357 milyon dollar təşkil edib.
Ərdoğan Türkiyənin müdafiə və aviasiya sənayesində mühüm nəticələr əldə etdiyini bildirib.
12:37 10.11.2026
Oxunuş sayı: 89