Myanmadan ABŞ-yə investisiya çağırışı
Myanmanın hərbi rəhbərliyi ABŞ-ni ölkənin nadir torpaq metalları yataqlarına investisiya yatırmağa çağırıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Myanma hökuməti bu addımla Çinin maqnit sənayesindəki üstün mövqeyini zəiflətmək və ABŞ-nin nadir torpaq metalları sektorunda iştirakını artırmaq istəyir.
Ölkənin nadir torpaq metalları yataqları maqnit istehsalı üçün vacib xammal mənbələrindən biri hesab olunur.
16:48 10.11.2026
Oxunuş sayı: 85