Rusiya Ukraynanın ərzaq sənayesi müəssisələrini hədəfə ala bilər
Rusiya ordusunun Ukraynada ərzaq sənayesinə aid müəssisələrə zərbələr endirməyi planlaşdırdığı iddia olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə "UNIAN" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, təhlükə həm Ukrayna, həm də xarici şirkətlərə məxsus müəssisələrə aiddir. Hədəflər sırasında taxıl elevatorları, kənd təsərrüfatı məhsullarının saxlandığı anbarlar, yağ emalı zavodları, süd məhsulları müəssisələri, ət kombinatları və quşçuluq fabrikləri göstərilir.
İddialara əsasən, mümkün hücumların məqsədi Ukrayna iqtisadiyyatına zərər vurmaq, ölkənin ərzaq təhlükəsizliyini zəiflətmək və ixracdan əldə olunan valyuta gəlirlərini azaltmaqdır. Mənbə həmçinin Moskvanın Afrika, Yaxın Şərq və Asiya bazarlarında Rusiya kənd təsərrüfatı məhsullarının mövqeyini gücləndirməyə çalışdığını iddia edib.
Qeyd edək ki, bu məlumat Ukrayna kəşfiyyatındakı anonim mənbələrə istinadən yayılıb və hücum planları barədə iddialar müstəqil şəkildə təsdiqlənməyib.
17:13 10.11.2026
Oxunuş sayı: 90