Ankara Kiyevə silah göndərəcəkmi? - Türkiyədən gözlənilməz açıqlama
Türkiyə Ukraynaya ölkə daxilində istehsal olunan silahların tədarükünü planlaşdırmır.
Crossmedia.az ˝TASS˝-a istinadən xəbər verir ki, bu barədə beynəlxalq təhlükəsizlik üzrə türkiyəli ekspert Canan Tərçan bildirib.
Ekspertin sözlərinə görə, söhbət əvvəllər Türkiyədə ABŞ texnologiyası əsasında istehsal olunan silahlardan gedir.
O qeyd edib ki, bu silahlar faktiki olaraq Amerika istehsalı hesab olunur və onların üçüncü ölkələrə yenidən ixracı üçün ABŞ Konqresinin razılığı tələb edilir.
Tərçanın fikrincə, bu səbəbdən Türkiyə həmin silahların Ukraynaya göndərilməsi məsələsində məhdudiyyətlərlə üzləşir.
19:15 15.08.2026
Oxunuş sayı: 43