İran ABŞ hərbçisi üçün 40 min dollar mükafat elan etdi
İran ordusunun nümayəndəsi ABŞ hərbçisinin əsir götürülməsinə görə 40 min dollar mükafat veriləcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “SNN” bu barədə məlumat yayıb.
İran ordusunun nümayəndəsi general Məhəmməd Əkrəminiyə bildirib ki, ABŞ hərbçisini əsir götürən qadına 80 min dollar ödənilə bilər.
O, həmçinin regionun digər ölkələrinin vətəndaşlarına da analoji hərəkətlərə görə maliyyə mükafatı verilməsi imkanının nəzərdən keçirilə biləcəyini deyib.
19:46 29.09.2026
Oxunuş sayı: 42