Avstriya prezidentindən Rusiya ilə bağlı açıqlama
Avstriya Prezidenti Aleksandr Van der Bellen Rusiyanı “nəhəng kimi davranan cırtdan” adlandırıb.
Crossmedia.az xəbər verir ki, Van der Bellen bu barədə açıqlama verib.
O bildirib ki, birləşmiş Avropa ən yaxşı ideyalardan biridir və onun qorunması üçün güclü tərəfdarlar lazımdır.
Van der Bellen Avropanın yalnız hadisələri şərh etməklə, şikayətlənməklə və gözləməklə öz tənəzzülünü izləyən tərəfə çevrilə biləcəyini deyib.
“Biz cırtdan deyilik. Nəhəng kimi davranan cırtdan var. Bu, Rusiyadır”, – Avstriya prezidenti bildirib.
19:10 29.09.2026
Oxunuş sayı: 36