Azərbaycan-İran əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - Yenilənib
Azərbaycan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Tehranda səfərdə olan Azərbaycan nümayəndə heyəti İran Prezidenti Məsud Pezeşkian tərəfindən qəbul edilib.
Crossmedia.az xəbər verir ki,bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Baş nazirinin müavini İran Prezidentinə Prezident İlham Əliyevin salamlarını çatdırıb. M. Pezeşkian təşəkkürünü bildirib və öz növbəsində xoş arzularını ifadə edib.
Görüş zamanı xalqlarımız arasındakı ortaq tarixi və mədəni bağların ikitərəfli əlaqələrin inkişafı üçün möhkəm zəmin yaratdığı qeyd olunub, Azərbaycan və İran arasında dostluq və mehriban qonşuluq münasibətlərinin mövcud vəziyyəti yüksək qiymətləndirilib. İki ölkə arasında iqtisadiyyat, ticarət, nəqliyyat və enerji sahələrində əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə edib.
Regionda həyata keçirilən birgə layihələrin uğurla davam etdirilməsinin hər iki ölkənin və ümumilikdə bölgənin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.
20:02
İranda səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İslam Respublikasının Prezidenti ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, görüşdə İran-Azərbaycan əlaqələrinin inkişafı müzakirə olunub.
"Quru, hava və dəmir yolu marşrutlarının inkişafı Tehran və Bakı əlaqələrinin möhkəmləndirilməsinə zəmin yaradır", - məlumatda bildirilib.
Nəqliyyat və dəhliz marşrutlarının gücləndirilməsini və mövcud imkanlardan istifadə edilməsini vurğulanıb.
Xatırladaq ki, dünən Ş. Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri çərçivəsində iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü keçirilib.
20:21 29.09.2026
Oxunuş sayı: 37