Dohada Azərbaycanın nəqliyyat-logistika imkanları müzakirə olunub
Azərbaycanın "yaşıl iqtisadiyyat"modelinə keçid prosesi, işğaldan azad olunmuş ərazilərdə reallaşdırılan layihələr, eləcə də nəqliyyat-logistika sahəsindəki əməkdaşlıq perspektivləri Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) 11-ci İllik Toplantısı çərçivəsində təşkil edilən seminarda gündəmə gətirilib.
Crossmedia.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində hesabında bildirib.
"Dohada keçirilən Asiya İnfrastruktur İnvestisiya Bankının 11-ci İllik Toplantısı çərçivəsində "Sərhədlərdən kənara: regionları birləşdirmək, dayanıqlılığı gücləndirmək" mövzusunda seminarda əsas məruzəçi qismində iştirak etdik. Yaşıl və dayanıqlı infrastrukturun inkişafı, nəqliyyat və enerji dəhlizlərinin genişləndirilməsi, yeni texnologiyaların tətbiqi və özəl investisiyaların cəlb olunması barədə müzakirələr aparıldı", - deyə M. Cabbarov qeyd edib.
19:09 29.09.2026
Oxunuş sayı: 40