SOCAR Mərkəzi Avrasiyanın ən böyük şirkəti seçilib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ötən il əldə etdiyi 50,8 milyard ABŞ dolları gəlirlə Mərkəzi Avrasiyanın ən böyük şirkətlərinin reytinqində birinci yeri tutub.
Crossmedia.az "CEBA Top 500" indeksinə istinadən xəbər verir ki, region üzrə ilk onluğa Azərbaycandan üç şirkət (ümumi gəlir - 65,1 milyard ABŞ dolları), Qazaxıstandan beşi (60,9 milyard ABŞ dolları), eləcə də Özbəkistandan (10,8 milyard ABŞ dolları) və Türkmənistandan (8 milyard ABŞ dolları) hərəsindən biri daxil olub.
15:55 20.11.2026
Oxunuş sayı: 98