Azərbaycan əhalisinin sayı artıb
İlin əvvəlindən Azərbaycanda əhalinin sayı 20 474 nəfər və ya 0,2% artaraq 2026-cı il oktyabr ayının 1-i vəziyyətinə 10 milyon 282 min 825 nəfərə çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Belə ki, ölkə əhalisinin 54,3%-ni şəhər, 45,7%-ni kənd sakinləri, 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edir.
15:12 20.11.2026
Oxunuş sayı: 101