Ev heyvanınız sizi öldürə bilər - buna diqqət edin
Quduzluq heyvanlardan insanlara keçə bilən təhlükəli xəstəliklərdən biridir. Xəstəliyə yoluxmuş heyvanlarda davranış dəyişikliyi, aqressiya və ya həddindən artıq sakitlik, çoxlu tüpürcək ifrazı, udma çətinliyi, yeriş və koordinasiya pozğunluğu, qıcolma və iflic kimi əlamətlər müşahidə oluna bilər. Bununla belə, heyvanın sağlam görünməsi quduzluğu tam istisna etmir. Yoluxmuş heyvanın dişləməsi və ya cızması, həmçinin tüpürcəyinin açıq yara, göz, ağız və burunla təması yoluxma riski yaradır. Bu baxımdan, təmas baş verdikdə vaxt itirmədən tibbi yardıma müraciət etmək və ev heyvanlarını vaxtında profilaktik peyvənd etdirmək vacibdir.
Mövzu ilə bağlı baytar Cansu Məmmədova Crossmedia.az-a açıqlamasında bildirib ki, quduzluğun əsas əlamətləri arasında davranış və koordinasiya dəyişiklikləri xüsusi yer tutur:
“Davranışın kəskin dəyişməsi, səbəbsiz aqressiya və ya həddindən artıq sakitlik, çoxlu tüpürcək ifrazı, udma çətinliyi, yeriş və koordinasiya pozğunluğu, qıcolma və iflic əsas əlamətlərdəndir. Lakin heyvanın sağlam görünməsi quduzluğu tam istisna etmir. Yoluxmuş heyvanın dişləməsi, cızması və ya tüpürcəyinin açıq yara, göz, ağız və burunla təması yoluxma riski yaradır. Təmasdan sonra simptom gözləmədən yara dərhal sabunlu su ilə yuyulmalı və mümkün qədər tez həkimə müraciət edilməlidir. Lakin bütün baş verəcək mənfi hadisələrin qarşısını almaq üçün ev heyvanlarımızı vaxtında profilaktik olaraq peyvənd etdirməliyik”.
Nuray Mehtiyeva
20:10 29.09.2026
Oxunuş sayı: 40