İtaliya qoşunlarını İraqdan çıxardı
İtaliya İraqdakı son hərbçilərini də çıxararaq ölkədəki 12 illik hərbi iştirakını başa çatdırıb.
Crossmedia.az xəbər verir ki, İtaliyanın Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, maddi-texniki vasitələrin çıxarılması və daşınmasında iştirak edən son hərbçilərin də geri qayıtması ilə İtaliya Silahlı Qüvvələrinin İraqdakı fəaliyyəti başa çatıb.
Müdafiə Nazirliyi İraqda 12 il xidmət edən hərbçilərə təşəkkür edib və onların vəzifələrini peşəkarlıqla yerinə yetirdiklərini bildirib.
19:21 29.09.2026
Oxunuş sayı: 37