İran ABŞ-dan 48 milyard dollar tələb etdi
İran məhkəməsi ABŞ hökumətinin general Qasım Süleymaninin öldürülməsi ilə bağlı 48 milyard dollar ödəməsi barədə qərar qəbul edib.
Crossmedia.az xəbər verir ki, “Mehr” bu barədə məlumat yayıb.
İran məhkəmə hakimiyyətinin nümayəndəsi Əli Kazeminin sözlərinə görə, qərarın icrasına başlanılıb. İş üzrə 73 nəfər barəsində hüquqi təqib həyata keçirilir.
Qasım Süleymani 2020-ci ildə İraqda ABŞ-nin pilotsuz uçuş aparatının zərbəsi nəticəsində öldürülüb.
Kazemi bildirib ki, Tehran həm mülki, həm də cinayət hüququ çərçivəsində araşdırmanın yekunlaşdırılmasına nail olmaq üçün səylərini davam etdirir.
18:53 29.09.2026
Oxunuş sayı: 38