Ermənistanda seçkidən sonrakı proses gündəmə gəldi
Ermənistanın “Çiçəklənən Ermənistan” partiyası seçkidən sonrakı siyasi vəziyyətin Avropa strukturları tərəfindən monitorinq edilməsinə çağırış edib.
Crossmedia.az xəbər verir ki, “Çiçəklənən Ermənistan” partiyası bu barədə məlumat yayıb.
Partiya Avropa Şurası Parlament Assambleyasını (AŞPA), ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu (DTİHB) və Avropa İttifaqını Ermənistanda seçkidən sonrakı vəziyyəti izləməyə çağırıb.
Buna səbəb kimi AŞPA-nın parlament seçkiləri ilə bağlı hesabatı və Mərkəzi Seçki Komissiyasının qərarları göstərilib. Partiyanın iddiasına görə, “Çiçəklənən Ermənistan” keçid baryerini aşmasına baxmayaraq parlamentə düşməyib.
Partiya hesab edir ki, Qərb strukturları yalnız seçki prosesini deyil, seçkidən sonra dövlət qurumlarının ölkənin daxili siyasi vəziyyətinə təsir göstərə biləcək addımlarını da izləməlidir.
18:47 29.09.2026
Oxunuş sayı: 42