Tramp Rusiyaya sanksiyaların yumşaldılmasını dəstəklədi
ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı bəzi sanksiyaların siyasi məhbusların azad edilməsi müqabilində yumşaldılması təklifini dəstəklədiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “The Atlantic” bu barədə məlumat yayıb.
Nəşrin mənbələrinə görə, təklif Tramp administrasiyasının Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Con Koul tərəfindən irəli sürülüb.
Məlumata görə, təşəbbüs hələ ilkin mərhələdədir. “The Atlantic” yazır ki, plan ABŞ və Rusiya arasında danışıqların Ukraynadakı müharibədən kənar məsələlərə yönəlməsinə və Rusiya xammalı ilə bağlı mümkün iqtisadi razılaşmalara yol aça bilər.
19:40 29.09.2026
Oxunuş sayı: 42