İran ABŞ-yə cavab verib - Hörmüz boğazını yalnız Tehran idarə edə bilər
İran ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını Amerikanın ərazisi elan etmək planı ilə bağlı açıqlamasına cavab verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Tehran təhdidlərdən qorxmur və strateji əhəmiyyətli boğazın taleyini yalnız İran müəyyən edə bilər.
“Strateji əhəmiyyət daşıyan Hörmüz boğazı yalnız İranın qərarı ilə açılıb-bağlana bilər”, – deyə Qəribabadi bildirib.
Bundan əvvəl Donald Tramp yaxın zamanda Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini açıqlamışdı. O, həmçinin Amerikanın İran limanlarına tətbiq etdiyi blokadanı polad divar adlandırıb və ABŞ ordusunun əla iş gördüyünü qeyd edib.
11:20 15.08.2026
Oxunuş sayı: 43