Hörmüz boğazında daha bir gəmi hücuma məruz qalıb
Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) daha bir gəmisi Hörmüz boğazından keçərkən hücuma məruz qalıb.
Crossmedia.az xəbər verir ki, WAM şirkətin yaydığı bəyanata istinadən bu barədə məlumat yayıb.
Bildirilib ki, hadisə avqustun 14-ü axşam saatlarında baş verib və hücum nəticəsində xəsarət alan olmayıb. ADNOC dənizçilərin təhlükəsizliyinin və gəmiçiliyin azadlığının təmin edilməsinin vacibliyini vurğulayıb, həmçinin ictimaiyyəti yalnız rəsmi mənbələrdən məlumat almağa və təsdiqlənməmiş xəbərləri yaymamağa çağırıb.
11:02 15.08.2026
Oxunuş sayı: 43