İran Trampı tənqid etdi: ABŞ səhv edir
İran Xarici İşlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Hörmüz boğazı üzərində tam nəzarət yaratması ilə bağlı açıqlamasını təkzib edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Əraqçi bildirib ki, ABŞ kəşfiyyat uğursuzluqları səbəbindən uzun müddətdir səhvlərə yol verir və indi də Hörmüz boğazı ilə bağlı daha ciddi yanlış qərar verir.
Bu açıqlama Donald Trampın ABŞ-nin strateji su yoluna tam nəzarət etdiyini bildirməsindən sonra səslənib.
İran hakimiyyəti isə boğazın hələ də Tehran tərəfindən idarə olunduğunu və nəzarətdə saxlanıldığını iddia edir.
22:26 13.08.2026
Oxunuş sayı: 53