Ər-Riyadda kritik görüş: İraq və Səudiyyə Ərəbistanı PUA təhlükəsini müzakirə edəcək
İraqın təhlükəsizlik məsələləri üzrə nümayəndə heyəti Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək görüşlərdə krallığa qarşı hücumlar və pilotsuz uçuş aparatları (PUA) problemini müzakirə edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə İraq İnformasiya Agentliyi məlumat yayıb.
Görüşlərdə regional təhlükəsizlik vəziyyəti, PUA-lardan istifadə ilə bağlı təhdidlər və bu kimi hücumların qarşısının alınması yollarının müzakirə olunacağı gözlənilir. Son dövrdə Səudiyyə Ərəbistanı ərazisinə yönələn dron hücumları ilə bağlı təhlükəsizlik narahatlıqları artıb.
Bağdad daha əvvəl İraq ərazisinin qonşu ölkələrə qarşı hücumlar üçün istifadə edilməsinə icazə verməyəcəyini açıqlayıb.
23:10 12.08.2026
Oxunuş sayı: 42