Bakıya uçan təyyarə təcili eniş etdi
“Utair” aviaşirkətinə məxsus, Tümendən Bakıya uçuş həyata keçirən sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən planlaşdırılmamış eniş edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, təyyarə təhlükəsizlik məqsədilə Rusiyanın Ufa şəhərində yerləşən hava limanına enib.
Hadisə ilə bağlı əlavə detallar və sərnişinlərin vəziyyəti barədə məlumat verilməyib.
22:13 12.08.2026
Oxunuş sayı: 39