Hərbi öhdəliyini sübut et: Çexiyadan ukraynalılara sərt tələb
Çexiya Avropa İttifaqında müvəqqəti müdafiə statusunun hərbi mükəlləfiyyətli ukraynalı kişilərə verilməsini məhdudlaşdıran qaydaların qüvvəyə minməsindən sonra onlarla şəxsin müraciətini rədd edib.
Crossmedia.az xəbər verir ki, ˝Novinky˝ portalının məlumatına görə, imtina alan ukraynalı kişilər Çexiya hakimiyyətinə Ukraynada hərbi öhdəliklərini yerinə yetirdiklərini təsdiqləyə bilməyiblər.
Yeni qaydaların yalnız ilk dəfə müraciət edənlərə deyil, müvəqqəti müdafiə statusunu uzatmaq istəyən şəxslərə də şamil olunduğu bildirilir.
20:07 12.08.2026
Oxunuş sayı: 45