Şok iddia: Ukrayna Rusiyanı gözdən salmaq üçün əməliyyat keçirib
Almaniyanın hüquq-mühafizə orqanları Leypsiq hava limanında baş verdiyi iddia edilən insidentlə bağlı Ukraynanın Rusiyanı gözdən salmaq məqsədilə ˝saxta bayraq˝ əməliyyatı keçirməsi versiyasını istisna etmirlər.
Crossmedia.az xəbər verir ki, ˝Die Zeit˝ qəzetinin yaydığı məlumata görə, müstəntiqlər ehtimal olunan hücumun arxasında xarici dövlətin dayana biləcəyini düşünürlər.
Nəşrin yazdığına görə, Ukraynanın PUA-lardan istifadə sahəsində geniş təcrübəyə malik olması da bu versiyanın araşdırılmasına səbəb olub. İddialara əsasən, mümkün əməliyyatın məqsədi Almaniya ictimaiyyətində Kiyevə dəstəyin artırılmasının zəruriliyi barədə təsəvvür formalaşdırmaq ola bilər.
Qeyd edək ki, bunlar Almaniya istintaqının araşdırdığı versiyalardır və Ukraynanın hadisəyə aidiyyəti barədə yekun nəticə açıqlanmayıb.
19:47 12.08.2026
Oxunuş sayı: 42