Tbilisidən sərt mesaj: Kobaxidze xarici qüvvələri ittiham etdi
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə rusofobiyanın süni şəkildə qızışdırıldığını bildirib.
Crossmedia.az bu barədə ˝TASS˝-a istinadən xəbər verir.
Kobaxidzenin sözlərinə görə, bu proses xarici qüvvələrin Gürcüstana qarşı mübarizəsinin yeni mərhələsidir.
Baş nazir iddia edib ki, rusofobiyanı dərin dövlət adlandırdığı qüvvələr qızışdırır və onlara ölkə daxilindəki müxalifət qüvvələri dəstək verir.
18:45 12.08.2026
Oxunuş sayı: 37