Rusiyada abituriyentlərə şad xəbər: Dövlət İmtahanı çətinləşdirilməyəcək
Rusiyanın Təhsil və Elm sahəsinə Nəzarət Federal Xidməti Vahid Dövlət İmtahanının çətinləşdirilməsinin planlaşdırılmadığını açıqlayıb.
Crossmedia.az bu barədə ˝TASS˝-a istinadən xəbər verir.
Qurumun mətbuat xidmətindən bildirilib ki, imtahan materiallarının məzmunu mövcud təhsil proqramları və dövlət təhsil standartları əsasında müəyyən edilir.
Qeyd olunub ki, imtahan tapşırıqlarının hazırlanması zamanı təhsil standartlarında nəzərdə tutulan tələblər əsas götürülür.
18:26 12.08.2026
Oxunuş sayı: 39