Luizianada rusiyalıdan rekord miqdarda metamfetamin götürülüb
ABŞ-nin Luiziana ştatında böyük miqdarda qadağan olunmuş maddə daşıyan Rusiya vətəndaşı saxlanılıb.
Crossmedia.az xəbər verir ki, inspektorlar magistral yolda yük avtomobilini saxlayaraq onun qoşqusunda təxminən 358 kiloqram metamfetamin aşkarlayıblar.
Məlumata görə, ələ keçirilən narkotik partiyası ştat tarixində ən böyük partiyalardan biri hesab olunur.
Şübhəli şəxs hazırda ABŞ-nin İmmiqrasiya və Gömrük Xidməti tərəfindən saxlanılır.
15:04 12.08.2026
Oxunuş sayı: 44