Türkiyə və İran sərhəd nəzarətini gücləndirir
Türkiyə və İran arasında sərhəd təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, Ağrı valisi Öndər Bozkurtun sədrliyi ilə Türkiyə və İran nümayəndə heyətlərinin iştirakı ilə sərhəd təhlükəsizliyi məsələləri müzakirə olunub.
Görüşdə sərhədin qanunsuz keçilməsinin qarşısının alınması, narkotik qaçaqmalçılığı ilə mübarizənin gücləndirilməsi və gömrük prosedurlarının sürətləndirilməsi ilə bağlı tədbirlər nəzərdən keçirilib.
Tərəflər sərhəd təhlükəsizliyi və iki ölkə arasında əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıblar.
11:19 12.08.2026
Oxunuş sayı: 51