Balidə sərnişin bərəsində yanğın baş verib
İndoneziyanın Bali adası sahillərində sərnişin bərəsində yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə zamanı bərənin göyərtəsində 130-dan çox sərnişin olub.
Məlumata görə, sərnişinlərin bir qismi yanğından xilas olmaq üçün suya tullanıb.
Hadisə yerinə xilasedicilər cəlb olunub. Lakin güclü dalğalar xilasetmə əməliyyatını çətinləşdirir.
11:03 12.08.2026
Oxunuş sayı: 48