Soçidə benzin qıtlığı: sakinlərə çağırış
Rusiyanın Soçi şəhərində benzinlə bağlı yaranan problemlər səbəbindən sakinlərə şəxsi avtomobillərdən istifadəni azaltmaq tövsiyə olunub.
Crossmedia.az xəbər verir ki, Soçi şəhər administrasiyası bu barədə məlumat yayıb.
Şəhər rəhbərliyi sakinlərdən zəruri olmadıqda avtomobillə səfərlərdən çəkinməyi xahiş edib.
Bildirilib ki, yanacaqdoldurma məntəqələrində yaranan problemlər fonunda avtomobillərdən istifadənin azaldılması yanacaqdoldurma məntəqələrindəki yükü azaltmağa kömək edə bilər.
Soçidə yanacaq satışı ilə bağlı yaranmış vəziyyət səbəbindən bəzi yanacaqdoldurma məntəqələrində növbələrin yarandığı bildirilir.
23:15 11.08.2026
Oxunuş sayı: 50