Peskov: Prezident Administrasiyası əməkdaşlarının məzuniyyət qrafiki fərqlidir
Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezident Administrasiyası əməkdaşlarının məzuniyyətə çıxması ilə bağlı vahid qaydanın olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Peskovun sözlərinə görə, hər bir əməkdaşın iş yükü, hazırladığı tədbirlər və məsuliyyət sahəsi fərqli olduğundan məzuniyyət qrafiki də fərdi qaydada müəyyən edilir.
O, həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin əməkdaşları ilə əlaqə saxlayarkən adi mobil və ya şəhər telefonundan istifadə etmir, yalnız xüsusi rabitə vasitəsilə danışır.
Kremlin sözçüsü əlavə edib ki, Prezident Administrasiyasının əməkdaşları məzuniyyətdə olarkən, adətən, həmin xüsusi rabitə vasitələri onların yanında olmur.
15:08 26.07.2026
Oxunuş sayı: 62