Zelenski Xəzərdə Rusiya ilə bağlı kritik əməliyyat keçirdiyini açıqladı
Ukrayna Xəzər dənizinin akvatoriyasında gəmilərə zərbələr endirdiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hücum nəticəsində İrandan Rusiyaya hərbi yüklər daşıyan gəmilər, eləcə də bir döyüş gəmisi hədəfə alınıb.
Zelenskinin sözlərinə görə, əməliyyat Xəzər dənizində həyata keçirilib. Hadisənin detalları və zərbələrin nəticələri barədə əlavə məlumat verilməyib.
20:10 25.07.2026
Oxunuş sayı: 61