Yanacaqla bağlı kritik qərar: Rusiya Qazaxıstana üz tutdu
Rusiya hakimiyyəti Qazaxıstan ilə ölkəyə artıq qalan yanacaq ehtiyatlarının mümkün tədarükü barədə razılığa gəlib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baş nazir müavini Aleksandr Novak məlumat verib.
Onun sözlərinə görə, razılaşma Rusiya bazarında yanacaq təminatının sabitliyinin qorunmasına yönəlib. Qazaxıstandan mümkün tədarüklərin həcmi və müddəti ilə bağlı əlavə məlumat verilməyib.
19:38 25.07.2026
Oxunuş sayı: 48