Baş Prokurorluq "Vital Hospital"la bağlı araşdırma aparıldığını açıqladı
Sosial şəbəkələrdə paytaxtın Yasamal rayonunda yerləşən "Vital Hospital" ilə bağlı yayılan məlumatlar araşdırılır.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu məlumat yayıb.
Baş Prokurorluğun daxil olan sorğulara cavabında bildirilib ki, bəzi sosial media səhifələrində yayılan məlumatlarla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd olunub ki, araşdırmanın nəticələrindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
14:27 21.07.2026
Oxunuş sayı: 59