ABŞ-də 907-ci düzəlişin ləğvi və Azərbaycana qırıcı təyyarələrin satışı çağırışı edilib
ABŞ-nin "Henry Public Relations" şirkətinin baş direktoru, "RedPresswire"ın həmtəsisçisi və "Newsmax TV"nin şərhçisi Brayan E. Leyb 1992-ci il tarixli ABŞ-nin "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişinin ləğv edilməsinə və Azərbaycana ABŞ istehsalı olan qırıcı təyyarələrin satışına çağırıb.
Crossmedia.az xəbər verir ki, o, bununla bağlı "X" hesabında paylaşım edib.
"1992-ci il tarixli ABŞ-nin "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişinin ləğv etməli və ABŞ istehsalı olan qırıcı təyyarələri sabit və etibarlı müttəfiqimiz olan Azərbaycana satmalıyıq", – deyə Leyb bildirib.
Qeyd edək ki, 2025-ci ilin sonunda ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna 907-ci düzəlişin tamamilə ləğvini nəzərdə tutan qanun layihəsini təqdim edib.
00:02 18.07.2026
Oxunuş sayı: 46