Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş başlayıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında ikitərəfli görüş Moskvada start götürüb.
Crossmedia.az xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan-Rusiya münasibətlərinin inkişaf perspektivlərini, həmçinin regional və beynəlxalq gündəmdəki aktual məsələləri müzakirə edəcəklər.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Azərbaycan Moskvanın Cənubi Qafqaz və Xəzər regionunda mühüm tərəfdaşıdır.
Nazirlikdə qeyd olunub ki, iki ölkə arasında münasibətlər bərabərlik, qarşılıqlı hörmət və tərəflərin maraqlarının nəzərə alınması prinsipləri əsasında inkişaf edir.
13:29 17.07.2026
Oxunuş sayı: 57