Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirir
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin Azərbaycan, Ermənistan və Türkiyə ilə xüsusi münasibətlərə malik olduğunu və bu əlaqələrin daha da inkişaf etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Kobaxidze bu barədə "Imedi" telekanalında yayımlanan "Imedi Live" proqramında danışıb.
Baş nazirin sözlərinə görə, Gürcüstan hökuməti son dövrlərdə Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafına da xüsusi diqqət yetirir.
"Biz Mərkəzi Asiyanın beş ölkəsi ilə münasibətləri maksimum dərəcədə dərinləşdiririk. Bu istiqamətdə böyük potensial var və əsas məqsədimiz həmin potensialdan tam istifadə etməkdir. Bütün bunlar nəqliyyat bağlantılarının gücləndirilməsi və Gürcüstanın tranzit funksiyasının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır", – deyə Kobaxidze bildirib.
10:43 17.07.2026
Oxunuş sayı: 55