Rusiya MN: Gecə ərzində 243 Ukrayna PUA-sı vurulub
İyulun 16-dan 17-nə keçən gecə ölkə ərazisi üzərində Ukraynaya məxsus 243 pilotsuz uçuş aparatının məhv edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin bildirdiyinə görə, Moskva vaxtı ilə saat 20:00-dan 08:00-dək hava hücumundan müdafiə qüvvələri 243 təyyarə tipli Ukrayna pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib.
Məlumata əsasən, PUA-ların bir hissəsi Qara dəniz və Azov dənizi akvatoriyaları üzərində vurulub. Bundan başqa, pilotsuz uçuş aparatlarının Krım, Stavropol və Krasnodar diyarlarında, eləcə də Voronej, Rostov, Belqorod, Tula, Kaluqa, Smolensk, Bryansk, Orlov və Kursk vilayətləri üzərində zərərsizləşdirildiyi bildirilib.
10:08 17.07.2026
Oxunuş sayı: 57