60-dan çox ABŞ senatoru Rusiyaya qarşı yeni sanksiyalar paketini dəstəkləyib
ABŞ-də senator Lindsi Qrehemin Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı təşəbbüsü 61 senatorun dəstəyini qazanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Axios" portalı mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, qanun layihəsinin həmmüəlliflərindən 39-u Respublikaçılar, 22-si isə Demokratlar Partiyasını təmsil edir.
Portalın məlumatına görə, bu sayda dəstək qanun layihəsinin Senatda müzakirəsinin bloklanmasının qarşısını almağa imkan verir. Bununla belə, sənədin qüvvəyə minməsi üçün o, Nümayəndələr Palatası tərəfindən də təsdiqlənməlidir.
Yenilənmiş qanun layihəsində Rusiyanın enerji sektoru ilə əməkdaşlığı davam etdirən ölkələrə qarşı 100 faizlik ikinci dərəcəli rüsumların tətbiqi təklif olunur. Bu tədbirlərin, xüsusilə Hindistan və Çinə şamil oluna biləcəyi bildirilir.
09:27 17.07.2026
Oxunuş sayı: 57