Odessa sahillərində azərbaycanlıların olduğu gəmi PUA hücumuna məruz qalıb
Odessa sahillərində Türkiyə şirkətinə məxsus mülki yük gəmisinə pilotsuz uçuş aparatı ilə hücum edilib, gəmidə 11 Azərbaycan vətəndaşı olub.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Məlumata görə, Türkiyə şirkətinə məxsus "Atlas Bey" adlı mülki yük gəmisi Odessa sahilləri yaxınlığında pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.
Gəminin göyərtəsində 11 Azərbaycan vətəndaşı olub. Ekipaj üzvlərinin əksəriyyəti sahilə təxliyə edilib və onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Hazırda gəminin kapitanı olan Azərbaycan vətəndaşının axtarışları davam etdirilir.
Azərbaycan Xarici İşlər Nazirliyi hadisəni diqqətdə saxladığını və müvafiq tədbirlərin görüldüyünü qeyd edib.
09:38 15.07.2026
Oxunuş sayı: 55