Anqlikan Kilsəsi İsraili Qəzzada “soyqırımı”nda ittiham edən sənədi dəstəkləyib
Anqlikan Kilsəsinin Baş Sinodu möminləri İsrailin Qəzza zolağındakı hərbi əməliyyatlarını “soyqırımı” kimi xarakterizə edən Fələstin xristianlarının sənədi ilə tanış olmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, "The Telegraph" bu barədə məlumat yayıb.
Məlumata görə, Baş Sinod üzvlərinin böyük əksəriyyəti "Həqiqət anı: Soyqırımı dövründə iman" adlı sənədin kilsə üzvlərinə təqdim olunmasını dəstəkləyib. Sənəd "Kairos Palestine" təşkilatı tərəfindən hazırlanıb.
Sənəddə İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatlar "soyqırımı müharibəsi" kimi qiymətləndirilir. Həmçinin İsrail "müstəmləkəçi, məskunlaşdırıcı və ayrı-seçkilikçi qurum" kimi xarakterizə olunur.
Müəlliflər iddia edirlər ki, hazırda baş verən hadisələr fələstinlilərin zorla köçürülməsindən sonra bütün Fələstin üzərində nəzarətin qurulmasına yönəlmiş siyasətin davamıdır.
Qeyd edək ki, sənəddə yer alan "soyqırımı" və digər ittihamlar onun müəlliflərinin mövqeyini əks etdirir. İsrail hökuməti bu ittihamları rədd edir.
16:24 14.07.2026
Oxunuş sayı: 49